Britaniyalı keçmiş naziri zorlamada ittiham edirlər

Mühafizəkarlar partiyasının nümayəndəsi  Robert Cenrik jurnalistlərə deyib ki, bu cür ittihamlar çox ciddidir və araşdırılmalıdır
Sputnik

BAKI, 2 avqust — Sputnik. Britaniyada keşçmiş nazir və Parlamentin Mühafizəkarlar partiyasından olan üzvünü həmkarını zorladığı ittihamı ilə polis saxlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Sunday Times məlumat yayıb.

51 yaşlı şübhəlini girov qarşılığında sərbəst buraxıblar. Onun adı açıqlanmır. Məlumdur ki, Parlamentin keçmiş əməkdaşı olan bir qadın müəyyən müddət əlaqədə olduğu kişini məhkəməyə verib. O, keçmiş nazirin ona qarşı qəddar münasibətindən və onu zorakı cinsi akta təşviq etməsindən şikayətlənib. Bildirilir ki, ehtimal olunan cinayətlər Londonda baş verib.

Mühafizəkarlar partiyasının nümayəndəsi  Robert Cenrik jurnalistlərə deyib ki, bu cür ittihamlar çox ciddidir və araşdırılmalıdır. Polisdən bildirilib ki, şübhəlini, çox güman ki, işdən azad edəcəklər.