Koronavirus və havanın qeyri-sabit keçməsinə baxmayaraq, bütün dünyada həyat davam edir. Bəzi ölkələrdə İslam bayramı olan Qurban bayramını qeyd edirlər, digərlərində isə uzun müddətli karantin rejimindən sonra ilk turistlər çimərliklərə qədəm qoyurlar.
Ötən həftə siyasətsiz də ötüşmədi: Fotoqraflar Amerika Portlendində və İsrail Qüdsündə etirazları çəkdilər. Və əlbəttə ki, kənd təsərrüfatı mövsümü davam edir: kənd sakinləri quraqlığın məhv etmədiyi və leysan yağıları nəticəsində yaranan selin yuyub aparmadığı məhsulu yığırlar.
Sputnik Azərbaycan sizə dünyanın ötən həftə hansı hadisələrlə yaşadığını bir daha xatırlamaq üçün dünyanın müxtəlif ölkələrindən çəkilmiş fotoları təqdim edir.