CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçməyin deyiblərsə, içməyin! Spirtli kokteyllər təhlükəlidir

Kokteyli təhlükəli olması onunla əlaqədardır ki, ondan sərxoş olmaq gözləniləndən güclü olur. Sanki insan yarım litr araq içmiş kimi hiss edir
Sputnik

BAKI, 1 avqust — Sputnik. İstənilən alkoqollu içkini ehtiyyatla içmək lazımdır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə həkim dietoloq Anna Belousova danışıb.

İstidə spirtli içki içməyin ziyanları

"Sərt spirtli içki və qazlı su (bu hətda mineral su olsa belə) təhlükəli ola bilər. Çünki suda olan qazlılıq spirtli içkinin qana sovrulmasını sürətləndirir", - deyən həkim bildirib ki, kokteyl yavaş-yavaş içildiyi təqdirdə kəskin təsir göstərir. Sərxoşluq gözlənilmədən gəlir.

Pivə ilə kokteyl də təhlükəlidir. Tərkibində araq və pivə olan kokteylər daha risklidir.

"Kokteyli təhlükəli olması onunla əlaqədardır ki, ondan sərxoş olmaq gözləniləndən güclü olur. Sanki insan yarım litr araq içmiş kimi hiss edir" - deyə o vurğulayıb.

Belousovanın sözlərinə görə, likör də təhlükəli içkidir. O öz şirinliyinin altında sərtliyini gizlədir.

Məsələn, klassik B-52 likör kokteyli mükəmməl yanır və gözəl görünür. Ancaq iki qədəhi sərxoş olmağa bəs edir.

"Digər "Otvertka" kokteyli araq və portağal şirəsi ilə hazırlanır. O yavaş-yavaş içilir, bu zaman o demək olar ki, hiss edilmir. Ancaq bu, yalnız sərt intoksikasiya ilə deyil, sağlamlıq problemləri ilə də nəticələnə bilər. Çünki belə kokteylərin tərkibində olan keyfiyyətsiz alkoqolu gizlətmək çox asandır", - deyə Belousova bildirib.