RUSİYA

Rusiyada koronovirusdan ölənlərin sayı 14 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 845 443 nəfərə çatıb. Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 690 nəfər.
Sputnik

BAKI, 1 avqust – Sputnik. Rusiyada son bir gündə daha 5 462 nəfərə COVID-19 diaqnozu qoyulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 845 443 nəfərə çatıb. Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 690 nəfər.

Ölkədə virusdan ölənlərin sayı isə daha 95 nəfər artaraq 14 058-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 646 524 nəfər sağalıb.