RUSİYA

Rusiya beynəlxalq uçuşları bərpa etdi – Hələlik üç ölkə ilə  

Hava əlaqələr bərpa ediləcək ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Avqustun əvvəlindən rusiyalılar London, Ankara, İstanbul və Zanzibar adasına, 10 avqustdan isə Antalya, Bodrum və Dalamana səfər edə biləcəklər.
Sputnik

BAKI, 1 avqust – Sputnik. Avqustun 1-dən Rusiya bir neçə ay qabaq koronavirus pandemiyası səbəbindən dayandırılan beynəlxalq hava əlaqələrini bərpa edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin xəbər verib.

İlkin olaraq beynəlxalq aviadaşımalar Moskva, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən həyata keçiriləcək.