CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident nazir müavinini dəyişdi

Yeni nazir müavini Sarvan Cəfərov bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb
Sputnik

BAKI, 1 avqust – Sputnik. Prezident İlham Əliyev Kənd Təsərrüfatı naziri İnam Kərimovun müavini İlham Quliyevin vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, İ.Əliyevin digər sərəncamı ilə Sarvan Cəfərov nazir müavini təyin olunub.

Prezident nazir müavinini dəyişdi

O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı təsdiq edib.