RUSİYA

Oktyabra hazırlıq – Rusiyada kütləvi vaksinləmə başlayacaq

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır
Sputnik

BAKI, 1 avqust – Sputnik. "Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb".

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.