İQTİSADİYYAT

Neftimiz həftəni yüksələn qiymətlə başa vurdu

Dünya bazarında da neftin qiyməti həftəni yüksəlişlə başa vurub. Londondakı birjada “Brent” markalı neft 0,36 dollar bahalaşaraq 43,3 dollara satılıb, Nyu-Yorkda isə “Light” markalı neftin qiyməti 0,35 dollar yüksələrək 40,27 dollar təşkil edib
Sputnik

BAKI, 1 avqust – Sputnik. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,47 ABŞ dolları, yaxud 1,07% artıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,36 ABŞ dolları təşkil edib.

Dünya bazarında da neftin qiyməti həftəni yüksəlişlə başa vurub. Londondakı birjada “Brent” markalı neft 0,36 dollar bahalaşaraq 43,3 dollara satılıb, Nyu-Yorkda isə “Light” markalı neftin qiyməti 0,35 dollar yüksələrək 40,27 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.