BAKI, 1 avqust — Sputnik. Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 267 nəfərdir. Onlardan 64 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.
Hazırda ölkədə 5229 nəfər aktiv koronavirus xəstəsi var. Bu gün 7283 koronavirus testi edilib. Onlardan 279-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 732 236-ə çatıb.