BAKI, 31 iyul — Sputnik. “Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir: “Qərar qəbul olunan kimi Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”.