BAKI, 31 iyul — Sputnik. Qafqaz mətbəxinin incilərindən hesab edilən, min illər boyu bişirilmə texnologiyası dəyişməyən və xüsusi texnologiya ilə bişirilən kababın sağlamlıq üçün xüsusi əhəmiyyəti var.
Sputnik radiosu xəbər verir ki, bu barədə həkim-dietoloq Andrey Bobrovski danışıb.
O qeyd edib ki, Qafqaz mətbəxi çox zəngin və rənagrəngdir. Ancaq kabab daha məhşur yeməklərdən hesab edilir.
"Məşhur Qafqaz uzunömürlülüyünün sirri ətdədir. Aydındır ki, həmin yerlərdə hava daha təmizdir, su fərqlidir və orada meyvə və tərəvəz var. Lakin son araşdırmalara görə, uzunömürlülüyə səbəb olan ən vacib amillərdən biri yağ tərkibidir. Ət təkcə zülal deyil, həm də yağdır. Alimlər müəyyən ediblər ki, balıqlarda və ətdə olan doymamış yağlar çox əhəmiyyətlidir", - deyə o bildirib.
Ənənəvi kabab Rusiyada qəbul edildiyi kimi donuz ətindən deyil, qoyun ətindən, balıq və toyuqdan da bişirilir.
Bobrovskinin sözlərinə görə, kabab hazırlanan zaman quzu ətindən istifadə edilir: "Qoyun və quzu ətinin fərqi doymuş yağların miqdarı ilə bağlıdır. Müasir dietologiyaya görə, balıq və quzu kababı ən faydalısıdır. Donuz kababı isə yağ tərkibinə görə faydalı deyil".
Dietoloqun fikrincə, ətin dügün seçilməsi işin yarısıdır. Əsas hissə isə onu düzgün şəkildə bişirimək və yeməkdir.
"Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur. Daha bir məsləhət isə odur ki, siz ət yediyiniz qədər göyərti yeməlisiniz", - deyə dietoloq izah edib.