BAKI, 31 iyul - Sputnik. “Lazım olsa, gələcəkdə xaricdən həkim dəvət etməyə çalışacağıq. Lakin bugünkü gündə kadr çatışmazlığımız yoxdur”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.
Onun sözlərinə görə, hazırda ölkədə xarici ölkələrdən gələn həkimlərlə birlikdə iş aparılır: “Gələcəkdə yenidən ölkəyə həkim dəvət edilməsi ilə bağlı proqnoz vermək mümkün deyil. Çünki bu virusun özünü necə aparacağını təxmin etmək mümkün deyil. Öz tərəfimizdən hazırlıqlı olmağa çalışırıq”.