Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı növbəti dezinformasiya xarakterli xəbər ifşa olunub.
Sputnik

BAKI, 31 iyul - Sputnik. Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbər yalandır. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

“Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir. Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb” - Nazirliyin məlumatında deyilir.