Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial şəbəkədəki səhifəsində paylaşım edib.
Sputnik

BAKI, 31 iyul - Sputnik. Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, Mehriban Əliyeva bu barədə özünün “facebook” səhifəsində paylaşım edib: “Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”