CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlara bayram pulu verilib

Yəqin ki, bu qərar verilərkən, millət vəkillərimizin sosial şəraiti, həmçinin pandemiyanın onlara yaratdığı problemlər nəzərə alınıb.
Sputnik

BAKI, 31 iyul - Sputnik. Qurban bayramı ilə əlaqədar Milli Məclisin deputatlarına əlavə pul ödənilib. 

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, Qurban bayramı ilə əlaqədar deputatlara aylıq maaşdan əlavə 549 manat verilib.