BAKI, 30 iyul — Sputnik. Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayon sakini, əvəllər məhkum olunmuş 37 yaşlı Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus, yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi barədə məlumat daxil olub.
Qonşu evində "xəzinə" basdırdı, ziyana düşdü
© AR Ministry of Internal Affairs
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.