İslamın əsas bayramlarından olan Qurban bayramı bu il 31 iyul tarixinə təsadüf edir. Müxtəlif ölkələrdə yaşayan müsəlmanlar bu günə əvvəlcədən hazırlaşırlar.
Adi vaxtlarda inanclı insanlar bir yerdə bayram namazı qılır, sonra qurbanlıq heyvanı kəsərək, imkanı olmayanlara paylayır. Həmin gün bir-birinin evinə qonaq getmək, bayramı birgə qeyd etmək savab sayılır. Amma pandemiya dünyanın milyardlarla müsəlman icmasının ənənəsini də dəyişib. Buna baxmayaraq, COVID-19 səbəbindən tətbiq edilən bütün məhdudiyyətlərə baxmayaraq, dindarlar bu bayramı ən yüksək səviyyədə qeyd etməyə hazırlaşırlar.
Oxucularımız Sputnik Azərbaycan-ın hazırladığı fotolentdə müsəlmanların bu bayrama necə hazırlaşdığına, hansı paltar, hansı heyvanı aldığına baxa bilərlər.