HADİSƏ

Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 
Sputnik

BAKI, 30 iyul – Sputnik. Hacıqabulda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

Baş Prokurorluq Lerikdəki dəhşətli qətllə bağlı məlumat yaydı

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilən Sabirabad rayonunun Cəngən kənd sakini, 1968-ci il təvəllüdlü Qubadlı Gülxar Tahir qızının öldürüldüyü məlum olub.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, meyitin müayinəsi zamanı boyun nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

Araşdırmalar zamanı qətli törədən şəxsin Hacıqabul rayon sakini, 1988-ci il təvəllüdlü Fərəcov Hikmət Məhəmməd oğlu olduğu müəyyən edilib və o Bakı şəhərində saxlanılıb. Həmçinin adı çəkilən şəxsin Bakı şəhərində də bir nəfəri bıçaqla ağır yaraladığı bildirilir.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.