CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai nəqliyyatın necə işləyəcəyinə aydınlıq gətirildi

31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.
Sputnik

BAKI, 30 iyul – Sputnik. Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.