MƏDƏNİYYƏT

Azərbaycanlı Mokvada qazanc yolunu tapıb

Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.
Sputnik

BAKI, 30 iyul — Sputnik, Kəmalə Əliyeva. Koronavirus pandemiyası ucbatından konsertlərin olmaması əslən azərbaycanlı olan rusiyalı müğənni Emil Qədirovu Moskvanın mərkəzində musiqi məktəbi açmağa məcbur edib. Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib.

Müğənninin məktəbi “Patriarşiye prudı” adlanan ərazidədir. Qədirovun sözlərinə görə, insanlar evdə oturmaqdan yorulublar və yeni nəsə istəyirlər. Məktəbdə estrada və akademik vokal, gitara, bayan, skripka və violonçel ifaçılığı öyrədiləcək. Müğənninin özündən əlavə, məktəbdə onun tanınmış həmkarları da dərs deyəcəklər.

Bir neçə aydan sonra Qədirov həmçinin “Musiqi evi”ni açmağa hazırlaşır. Orada caz gecələri, sərgilər və digər mədəni tədbirlər keçiriləcək.

Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.

O, həmçinin klassik gitara ifaçıları və gitara ansambllarının səkkizinci Belqorod beynəlxalq müsabiqəsinin birinci dərəcəsinin, "Zakarpatye Edelveysi" və "Qara dəniz" Qran-prilərinin qalibidir. O, Rusiyanın 1-ci kanalında yayımlanan "Səs" vokal müsabiqəsində iştirak edib.