İQTİSADİYYAT

Azərbaycanda ani ödəniş sistemi istifadəyə veriləcək

"Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək".
Sputnik

BAKI, 30 iyul — Sputnik. Azərbaycanda 7/24/365 rejimli "Ani ödənişlər sistemi" cari ilin sonunadək istifadəyə veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, ilkin mərhələ avqustda təqdim olunacaq, tam mərhələ isə ilin sonunadək yekunlaşacaq: "Mərkəzi Bank ani ödəniş sistemini avqust ayında ictimaiyyətə təqdim edəcək. Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək".