İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti artır

Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 30 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,61 dollar artaraq 45,11 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,05 dollar geriləyərək 43,70 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 41,22 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.