Pandemiya başlayandan Rusiya MDB ölkələrinə yardım əlini uzadır: həkim briqadaları, dərman və tibb avadanlıqları göndərir.
Rusiyanın COVID-19 peyvənd sınaqları sona çatıb: Kütləvi istehsaldan nə gözləməli? >>
Məsələn, rusiyalı həkim-epidemioloqlar, infeksionistlər və digər həkimlər hələ də Qırğızıstanda işləyirlər. Onlar koronaviruslu xəstələri respublikanın iki şəhərində - Bişkekdə və Oşda – müayinə edirlər. Azərbaycan və Ermənistanda olan həmkarlarını da darda qoymayıblar. Bu ölkələrə Rusiya minlərlə COVID-19 testi, respirator və dərmanlar yollayıb.
Qarşılıqlı yardımlaşmanın tarixçəsini bizim videoda izləyin.