SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.
Sputnik

BAKI, 29 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib

Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib

Dövlətimizin başçısına təsərrüfat barədə məlumat verilib.