BAKI, 28 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2667 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.
"Son 24 saat ərzində koronavirusa 2667 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 296273-ə çatıb. Bir gün ərzində 235 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 16147-yə çatıb", - deyə məlumatda bildirilib.
O, həmçinin qeyd edib ki, virusa yoluxan 296273 şəxsdən 257019 nəfəri sağalıb.
Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,4 milyonu keçib, 654 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.