RUSİYA

ABŞ Rusiya layihəsinin tərəfdarlarını qorxutdu

Diplomat şirkətləri layihənin tikintisində iştirak etməkdən çəkinməyə çağırıbDiplomat şirkətləri layihənin tikintisində iştirak etməkdən çəkinməyə çağırıb
Sputnik

BAKI, 28 iyul — Sputnik. Birləşmiş Ştatlar rəhbərliyi Avropada "Şimal Axını-2"nin tərəfdarlarını qorxudaraq, bəyan edib ki, Rusiya bu layihənin köməkliyi ilə Avropanın qazdan asılılığını gücləndirəcək və bundan istifadə edəcək. Sputnik Azərbaycan "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Almaniyadakı səfirliyinin nümayəndəsi bildirib.

Diplomat şirkətləri layihənin tikintisində iştirak etməkdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, hələ ki ABŞ "Şimal axını-2"yə qarşı yeni sanksiyalar tətbiq etmir, lakin layihədə iştirak etmək şirkətlər üçün müəyyən risklər anlamına gəlir.

Xatırladaq ki, rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacağını bildirmişdi. 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2020-ci ilin sonunadək başa çatdırılacaq.