RUSİYA

Yeddi ölkə Rusiyaya qarşı - Yeni müharibənin ilk addımları

Rusiyaya məxsus Arktik adlarında "S-400"-lərin yerləşdirilməsinə gəldikdə bu bizim ölkəmizin üzərində radiolokasiya məkanının yaradılmasından sonra məntiqi addım idi.
Sputnik

BAKI, 28 iyul — Sputnik. Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Arktika adalarında yerləşdirilməsi məntiqi addımdır və yalnız müdafiə məqsədi daşıyır. Sputnik Azərbaycan bunu "RİA Novosti"-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov qeyd edib.

Qeyd edək ki, daha əvvəl Avropa və Afrikada ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Ceyms Foqqo Arktikada Rusiyanın yeni bazalarının qurulmasına və orada "S-400" zenit-raket komplekslərinin yerləşdirilməsinə diqqət çəkib.

"Rusiyaya məxsus Arktik adlarında "S-400"-lərin yerləşdirilməsinə gəldikdə bu bizim ölkəmizin üzərində radiolokasiya məkanının yaradılmasından sonra məntiqi addım idi. "S-400" sistemi sırf müdafiə təyinatlı sistemdir. Onun haradasa yerləşdirilməsi heç kimi narahat etməməlidir. Təbii ki, əgər narahatlıq ifadə edən "S-400"-ün qorumalı olduğu ərazi və obyektə qarşı aqressiv niyyəti yoxdursa", - deyə Korçunov qeyd edib.

Arktika ümumi ərazisi 21 milyon kvadrat kilometr olan Yerin şimal qütbüdür. Hazırda Arktikyanı ölkələr Rusiya, Kanada, ABŞ, Norveç və Danimarka hesab olunur, Arktik okean sərhədlərinin olmasına baxmayaraq İslandiya, İsveç və Finlandiya da bu statusa iddialıdır.

Arktikada fəaliyyəti tamamilə tənzimləyən beynəlxalq razılaşma yoxdur. Məsələ Baltikyanı ölkələrin milli qanunvericiliyi və bir sıra ikitərəfli razılaşmalarla tənzimlənir.

Arktika üzrə mübarizə hələ 20-ci əsrdə başlayıb. 1920-ci illərin ortalarında Arktika faktiki olaraq ABŞ, SSRİ, Norveç, Kanada və Danimarka arasında sektorial prinispə görə bölünüb - Şimal qütbü nöqtəsi maraqlı ölkələrin sərhədi elan olunub.