BAKI, 27 iyul — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Robert O Brayendə koronavirus aşkarlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən O Brayen ailə tədbirində virusa yoluxa bilər. O, hazırda izolyasiya şəraitində evdən işləyir.
O, 2019-cu ilin sentyabrından Trampın Milli Təhlükəsizlik üzrə müşaviridir.