“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"

ABŞ-ın nüfuzlu “Gallup” şirkətinin apardığı tədqiqatlata görə, dünyanın ən əsəbi xalqı, təəssüf ki, bizim qonşumuzdur.
Sputnik

BAKI, 27 iyul — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Qəzəbli ermənilər

XİN-dəki "Pole Çudes", Aya Sofya və nazirlə milçəyin fərqi

Həftənin ən çox müzakirə olunan hadisəsi dünyanın ayrı-ayrı ölkələrində azərbaycanlıların öz ölkələrinə dəstək, Ermənistanın işğalçılıq siyasətinə qarşı keçirdikləri aksiyalar və bu aksiyalar zamanı ermənilərin hücumlarına məruz qalmaları idi. Erməni barbarlığı ilə müşayiət olunan toqquşmalarda çoxsaylı həmvətənlərimiz ağır bədən xəsarətləri aldılar. Tovuz zərbələrini həzm edə bilməyən qarşı tərəf diplomatik cəbhədə də küncə sıxıldığından aqressiyasını belə ifadə edir. Ümumilikdə isə erməni xalqının əsəbiliyinin səbəbləri daha ciddidir. ABŞ-ın nüfuzlu “Gallup” şirkətinin apardığı tədqiqatlata görə, dünyanın ən əsəbi xalqı, təəssüf ki, bizim qonşumuzdur. İqtisadi böhran, yoxsulluq, baş verən inqilab, qeyri-müəyyən gələcək və blokada şəraitində yaşamaq erməniləri psixoz həddinə çatdırıb. Rəyi soruşulanların 45%-nin qəzəbli olduğu üzə çıxıb. Müqayisə üçün deyək ki, qəzəbli insanların payı Gürcüstanda 27%, Azərbaycanda isə 18%-dir.

Su böhranı

Həftə su böhranı ilə bağlı bəzi məsələləri də gündəliyə çıxardı. Onsuz, təbii su ehtiyatlarına görə bəxtimizin gətirmədiyi bir yana, əlaqədar qurumlar da bu vaxta qədər nəinki antiböhran tədbirləri görməyib, əksinə, israfçılığa imkan yaradıblar. Su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə Prezident İlham Əliyev problemin mahiyyətini açıq şərh etdi: “İlk növbədə xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa "Azərsu"dan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan”.

Məlum oldu ki, müvafiq qurumlar bu vaxta qədər su ehtiyatlarını, onun istifadəsini və s. göstəriciləri, ümumiyyətlə, təhlil etməyiblər.

Beləliklə, su mənbələrinin karbohidrogen ehtiyatlardan daha strateji əhəmiyyət kəsb etdiyi indiki mərhələdə təkcə dövlət yox, onun bütün strukturları yeni vəziyyətə adaptiv davranmalıdır. Biz vətəndaşlar da bu məsuliyyəti bölüşməliyik.

Ağsaqqalın resepti, amerikalının məktubu, kollektiv mübarizə və toylar

Oh, my god!

“Food city”nin azərbaycanlı sahiblərinin yaşatdığı xoş emosiyalar yerini məyusluğa verdi. Erməni məhsullarının bazara buraxılmayacağını açıqlayan milyarderlər, görünür, hansısa təzyiqlər qarşısında yalnız bir neçə gün tab gətirdilər və bu həftə bazarın sahiblərindən biri Qod Nisanov obyektlərdə çalışan insanların milli mənsubiyyətinə fərq qoymadan onların çalışmasına şərait yaradacaqlarını açıqladı. Proseslər başlayanda bazarın sahiblərindən biri, professor İlham Rəhimovun müsahibəsini olduqca qürur hissi ilə oxudum. Həmin müsahibədə belə bir cümlə də yer alırdı: “Aydındır ki, mənə də, Qod Nisanova da şikayətlər, basqılar etmək istəyəcəklər. Amma bizim mövqeyimiz ortadadır. Bu, dəyişməz mövqedir, biz geri çəkilən deyilik”.

Hər halda, qəhrəmanlıq eyforiyası sona çatdı və reallığa qayıtdıq.

Həftənin adamı

Belçikanın paytaxtı Brüssel şəhərində yaşayan bir qrup azərbaycanlı bir neçə gün əvvəl ermənilər tərəfindən döyülmüş həmvətənimizə dəstək məqsədilə toplaşıblar. Bu zaman Belçika polisi soydaşlarımızı saxlayıb. Buna səbəb isə Berlində yaşayan Camal Əli adlı azərbaycanlının polisə zəng edərək həmvətənlərimizin ora guya terror aktı törətmək məqsədilə yığışdığını deməsi olub.

Türkiyədən əzələ nümayişi

86 il sonra Aya Sofyada yenidən namaz qılındı. Kilsədən məscidə, daha sonra muzeyə çevrilən məbəd artıq rəsmən məsciddir. Əksər təhlilçilər bu qərarı Türkiyənin Avropaya sərt mesajı kimi qiymətləndirirlər. Müxtəlif bəhanələrlə Avropa İttifaqına buraxılmayan Türkiyə milli və dini kimliyini, müstəqilliyini vurğulayan bir qərar verdi. Yunanıstan isə bu aralar özünə heç yer tapa bilmir...

Yəhudi şagird, ala qarğa, Rəşad Sadıqov və dərə-təpə düz, iki yüz

Oğurluq salnaməsi

Ötən həftə ilişən Şəmkir rayon sakini Sərdar Pənəhovun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən, apteklərdən ümumilikdə yüzlərlə oğurluq etdiyi məlum oldu. Faktın maraqlı tərəfi gəncin yaşı ilə “karyera”sı arasındakı disproporsiyadır – yaşına rəğmən parlaq oğurluq portfoliosu diqqətçəkəndir. Görünür, istedad vaxtında düz yönləndirilməyib, indi yanlış istiqamətdə xərclənir. Bəli, bıçaq cərrahın əlində həyat xilas etdiyi halda, qatilin əlində həyata son qoyur...

Texniki xəta?!

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 25 və 26 iyul tarixlərində vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olduğunu açıqladı və SMS-lə mesaj alan şəxslərdən rica etdi ki, testin nəticəsini nəzərə almasınlar. Pozitiv mesaj alan xəstənin yaşadığı gərginliyi bu üzrxahlığın kompensasiya edib-etmədiyini demək çətin deyil – etmir! Bu, hava proqnozu deyil...