BAKI, 27 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan daha bir qurumun təşkilati-hüquqi forması dəyişib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətidir. Məlumata əsasən, bu qurum bundan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi fəaliyyət göstərəcək. Hazırda nazirliyin strukturunda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyi var.