Diplomatik müharibə qızışır: ABŞ-ın Çindəki Baş Konsulluğu bağlandı

İyulun 22-də ABŞ Çindən Hyustondakı Baş Konsulluğun fəaliyyətini 72 saata dayandırmağı tələb etmişdi. İyulun 25-i çinli diplomatlar ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu tərk ediblər.
Sputnik

BAKI, 27 iyul — Sputnik. Çin rəsmi olaraq Birləşmiş Ştatların Çendu şəhərində yerləşən Baş Konsulluğunu bağlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan sonra yerli nümayəndələr əsas qapılardan diplomatik missiyanın binasına daxil olub və onu nəzarətə alıblar.

Qeyd edək ki, ABŞ-ın diplomatik missiyası 1985-ci ildə Çendu da açılıb. Bu konsulluq ölkənin cənub-qərbinə, həmçinin Siçuan, Yunanan, Tibet Muxtar vilayəti, həmçinin Çunçin şəhərinə cavabdeh olub.

Xatırladaq ki, iyulun 22-də ABŞ Çindən Hyustondakı Baş Konsulluğun fəaliyyətini 72 saata dayandırmağı tələb etmişdi. İyulun 25-i çinli diplomatlar ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu tərk ediblər.