CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Susuz qalmarıq! Azərbaycanda Xəzər suyundan istifadə ediləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları təklifləri Nazirlər Kabinetinə təqdim etməlidir.
Sputnik

BAKI, 27 iyul – Sputnik. Azərbaycanda Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, yerli icra hakimiyyəti orqanları 2020-ci ilin avqust–oktyabr aylarında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim etməlidir.