Ermənistanda virusdan ölənlərin sayı 700-ü keçdi

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı da daha 5 nəfər artaraq 705-ə çatıb. Hazırda Ermənistanda 9 min 914 aktiv koronavirus xəstəsi var
Sputnik

BAKI, 26 iyul – Sputnik. Ermənistanda son sutka ərzində daha 321 nəfərdə koronavirus aşkar edilib.

Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 37 min 317 nəfərə yüksəlib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı da daha 5 nəfər artaraq 705-ə çatıb.

Hazırda Ermənistanda 9 min 914 aktiv koronavirus xəstəsi var.