CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Yol Polisi İdarəsinin rəis müavini koronovirusdan öldü

Həkimlərin səyinə baxmayaraq ötən gün İlham Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. Bununla da, Daxili İşlər Nazirliyinin 5-ci əməkdaşı koronavirusdan dünyasını dəyişib
Sputnik

BAKI, 26 iyul – Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbov koronavirusdan dünyasını dəyişib.

Gürcüstanda koronavirus xəstələrinin sayı artır: Qardabanidə kütləvi yoluxma var

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, həkimlərin səyinə baxmayaraq ötən gün İlham Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Bununla da, Daxili İşlər Nazirliyinin 5-ci əməkdaşı koronavirusdan dünyasını dəyişib. 

Qeyd edək ki, ötən il Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutduğu vəzifədən azad olunub və nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib.