HADİSƏ

Bakıda qadın övladını öldürmək istəyən ərini bıçaqladı

“Albalılıq” adlanan ərazidəki yaşayış evlərindən birində 1975-ci il təvəllüdlü Hüseynov İlqar Yaşar oğlu sərxoş vəziyyətdə bıçaqla övladını öldürmək istəyib. Bu zaman onun həyat yoldaşı övladını xilas etmək üçün İ.Hüseynovu kürəyindən bıçaqlayıb.
Sputnik

BAKI, 26 iyul – Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

“Albalılıq” adlanan ərazidəki yaşayış evlərindən birində 1975-ci il təvəllüdlü Hüseynov İlqar Yaşar oğlu sərxoş vəziyyətdə bıçaqla övladını öldürmək istəyib. Bu zaman onun həyat yoldaşı övladını xilas etmək üçün İ.Hüseynovu kürəyindən bıçaqlayıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3-saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.