Fırıldaqçılar mömin şəxsə kələk gəldilər - Bayramlıq qoyun...

Qoyunun yununu qırxmaq istəyərkən bəlli olub ki, heyvanın üzərinə qoyun yunu yapışdırılıb. Bundan sonra vətəndaş aldadıldığını dərk edib.
Sputnik

BAKI, 25 iyul — Sputnik. Pakistanda maraqlı olay baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Pakistanda qurbanlıq heyvanlar bazarından bayramda kəsmək üçün qoyun adı ilə satılan heyvanın sonradan keçi olduğu bəlli olub.

Belə ki, qoyunun yununu qırxmaq istəyərkən bəlli olub ki, heyvanın üzərinə qoyun yunu yapışdırılıb. Bundan sonra vətəndaş aldadıldığını dərk edib.