BAKI, 24 iyul — Sputnik. Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hərbi toqquşmada qəhrəmancasına şəhid olan Elşad Məmmədovun övladı Məhəmməd Məmmədova Səyyar ASAN xidmət göstərilib.
Sputnik Azərbaycan-ın "ASAN xidmət"ə istinadən xəbərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin müraciəti əsasında şəhidimizin övladına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.