BAKI, 24 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 5811 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 154 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 800849-ə çatıb. Rusiyada pandemiya yayılandan 13046 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8444 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 588744-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 15,5 milyonu keçib, 633 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.