İQTİSADİYYAT

"AzerGold" hesabat verdi: Pandemiya dövründə qızıl və gümüş hasilat artıb

"AzerGold" QSC tərəfindən cari ilin birinci yarısı ərzində dövlət büdcəsinə 5,5 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 4,5 milyon manatı vergi, 1 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib
Sputnik

BAKI, 24 iyul — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş onlayn müşavirə keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bidirib ki, cari ilin ilk 6 ayında Daşkəsən rayonunda yerləşən Çovdar yatağından 28,5 min unsiya qızıl, 62 min unsiya gümüş hasil edilib, beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 20.3%, gümüş hasilatında isə 40.9% artım qeydə alınıb: "Cari ilin ilk 6 ayında 25.1 min unsiya qızıl, 55.6 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 43,2 milyon ABŞ dolları (73,5 milyon manat) həcmində vəsait cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artımdır. Cari ilin birinci yarısı ərzində dövlət büdcəsinə 5,5 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 4,5 milyon manatı vergi, 1 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib".

Qeyd edək ki, "AzerGold" QSC genişmiqyaslı regional mədən şirkəti, ölkənin ən böyük qeyri-neft ixraçatsına çevrilməsini qarşıya məqsəd qoyub.