BAKI, 24 iyul — Sputnik. Otuz ildən sonra bəşəriyyət nəslin davam etməsi üçün daha seksdən imtina edəcək, döllənmə süni yolla həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, insanlar məsuliyyət olmadan həzz xatirinə sevişəcək.
Bu proqnozu Stenford Universitetinin professoru Karl Cerrasi verib.
Oral kontraseptiv yaradıcısı olan Cerrasi özü 5 il əvvəl 92 yaşında ölüb. Öz proqnozlarında o iddia edirdi ki, bir neçə on illiklərdən sonra cəmiyyətdə dəyərlər dəyişəcək və bu da uşaq dünyaya gətirməyə (və ya doğuma) təsir edəcək.
Onun fikrincə, hazırda yalnız tibbi göstərişlə həyata keçirilən süni mayalanma tezliklə bütün inkişaf etmiş ölkələrdə yayılacaq.
Cerasinin sözlərinə görə, kişilər və qadınlar biomateriallarını dondurub sonra sterilizasiya edəcəklər. Nəticədə bəşəriyyət uşaq sahibi olmaq üçün doğru yaş barədə düşünməyi dayandırıb, karyera qurmaq məsələsi üzərində dayanacaq.
Alim belə vəziyyətin mənfi tərəflərinin olmayacağını bildirib.
Belə ki, qadınlar arzuolunmaz hamiləliklərin qarşısını ala biləcəklər, yəni abortlara ehtiyac olmayacaq.
Daha əvvəl isə alimlər araşdırmalar apararaq, mütəmadi seksin insan orqanizminə faydalarını öyrəniblər.