BAKI, 24 iyul — Sputnik. "COVID-19-a yoluxan Azərbaycan Tibb Universitetiin həkimi Cavid Paşayevin vəziyyəti stabil ağır olaraq qalır. Hazırda EKMO və süni tənəffüs aparatlarına qoşuludur".
Bu barədə Gömrük Hospitalından Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, xəstənin hemodinamiki stabildir: "Saturasiyası 90-98% olub. Xəstəliyin gedişində müsbət dinamika müşahidə olunur. Laborator göstəricilərdə və ağciyərlərin rentgenoloji müayinəsində müsbət dəyişikliklər qeyd olunur".