Ermənistan və Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artır

Gürcüstanda daha 19 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1104-ə çatıb.
Sputnik

BAKI, 24 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 36613-ə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Rusiyada koronavirusa yoluxanların sayı 800 mini keçdi

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 451 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 692-yə çatıb. Xəstəlikdən sağalanların sayı 25734 olub. Hazırda bu ölkədə 9969 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 19 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1104-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 15,5 milyonu keçib, 633 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.