ЧПУ: azerbaycan-nefti-bahalashir
Тайтл: Azərbaycan nefti bahalaşır
Подводка: Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
BAKI, 24 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,47 dollar artaraq 45,14 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,32 dollar artaraq 43,63 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 41,43 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.