Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Bu gün İstanbulda, Aya Sofiyada 86 ildən sonra ilk dəfə cümə namazının qılınıb. Sputnik Azərbaycan xəbər verir ki, mərasim dünyanın aparıcı televiziya kanalları və agentlikləri tərəfindən canlı yayımlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər Aya Sofiyada namaz qılıblar. Daha sonra "Qurani Kərim"dən dualar oxunub.
Qeyd edək ki, iyulun 2-də Türkiyə Ali Məhkəməsi qərara alıb ki, İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin statusu ölkə Prezidentinin fərmanı ilə dəyişdirilə bilər.
İyunun 5-də Prezident Rəcəb Tayyib Ərdoğan öz köməkçilərinə Müqəddəs Sofiya kilsəsini rəsmən məscidə çevirmək üçün hazırlıqlara başlamaq məqsədilə araşdırma aparmağı tapşırıb. Bu ilin iyunun 10-u İstanbuldakı Müqəddəs Sofiya kilsəsi (Aya Sofya) yenidən rəsmi olaraq məscid statusu alıb
Xatırladaq ki, 1934-cü ildə məhkəmə Türkiyə Nazirlər Kabinetinin Aya Sofyanı məscid etmək qərarını qanunsuz sayaraq ləğv edib. O vaxt tarixi pravoslav kilsəsi muzey statusu alıb.
Qeyd edək ki, Sofiya kilsəsi eramızın VI əsrində imperator Yustinianın əmri ilə inşa edilib. Türklər Konstantinopolu tutandan sonra onu məscid ediblər. Lakin 1935-ci ildə Aya Sofyaya Prezident Mustafa Kamal Atatürk tərəfindən muzey statusu verilib.