“Ayasofyanın məscidə çevrilməsinə ilk vaxtlarda reaksiya verildi. Amma o zaman da demişdim ki, bu məsələ zamanla unudulacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Ayasofya məsələsi Türkiyənin daxili işidir: “Bu abidə yüz illər boyunca məscid kimi fəaliyyət göstərib. Sadəcə ötən əsrin otuzuncu illərində verilən qərarla muzeyə çevrilib. Avropa İttifaqı bir neçə müddət bu məsələni gündəmdə saxlayacaq”.
Qeyd edək ki, Türkiyə məhkəməsi iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib.
Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz