XİN: ABŞ-da azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb

Leyla Abdullayeva: Los Anceles və Belçikada radikal erməni qüvvələri tərəfindən törədilən təxribatlara görə saxlanılanlar var.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

XİN rəsmisi sözügedən erməni əsilli şəxsin məhkəməsinin olacağını da qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın Belçikada diplomatik rezidensiyanın yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı 6 nəfər saxlanılıb. Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub.