Ermənistan ordusu itkilərini etiraf edir: Daha bir əsgər həyatını itirib

İyulun 14-ü xidmət zamanı baş nahiyəsindən ağır yaralanan 2001-ci il təvəllüdlü sıravi əsgər Artur Muradyan vəfat edib.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə yaralanan erməni əsgər bu gün vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"İyulun 23-ü Mərkəzi Klinik Hospitalda iyulun 14-ü xidmət zamanı baş nahiyəsindən ağır yaralanan 2001-ci il təvəllüdlü sıravi əsgər Artur Muradyan Baqratoviç vəfat edib", - deyə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.