Sabahın hava proqnozu açıqlandı

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Bu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-34, Bakıda gecə 22-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

24 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.