İQTİSADİYYAT

Ekspert: “TRACECA Azərbaycanın cazibədarlığını artıracaq”

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Azərbaycan 4 meqa layihəni gerçəkləşdirməklə bu sahədə öz sözünü deyib
Sputnik

“TRACECA-nın Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin işinin əsas məqsədi 21-ci əsrin tələblərinə cavab verən beynəlxalq nəqliyyat dəhlizi yaratmaqdır. Hal-hazırda rəqəmsallaşdırma, proseslərin və sənədlərin elektron mübadiləsi və malların daşınmasında iştirak edənlər üçün onlayn platformanın yaradılması istiqamətində işlər aparılır”. Bunu TRACECA-nın Baş katibi Asset Asavbayev Aset Asavbayev deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, müstəqilliyimizi qazandıqdan sonra bu layihənin inkişaf etdirilməsi üçün addımlar atılıb:

“Azərbaycan 4 meqa layihəni gerçəkləşdirməklə bu sahədə öz sözünü deyib. Bu layihələr tək regional səviyyədə deyil, həmçinin qitələrarası əlaqələrin qurulmasında xüsusi önəm daşıyır. TRACECA ilə bağlı inkişafın əldə edilməsi Azərbaycanın cazibədarlığını artıracaq, eyni zamanda iqtisadiyyatımızın müxtəlif sahələrinin inkişafına imkan yaradacaq”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz