CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət etdi

Dövlət Vergi Xidməti bildirir ki, vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.
Sputnik

BAKI, 23 iyul — Sputnik. "Sosial sığorta haqqında" qanuna edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi"ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür. Bu barədə Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Dövlət Vergi Xidməti bildirir ki, vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.